Wednesday, October 19, 2011

Veb sayt kataloqları

Ehh reklam, reklam. Sən nə yamansan ay reklam, layihəni uçuruma aparansan ay reklam :)))
Reklama ayırmağa vaxtın olmasa da layihə ilə bağlı bir iki yenilik planlayıram. O dəfə işdəki layihəmizin proyekt menecerilə danışanda o da YolYoldaşı üçün qəşəng təkliflər dedi, motivasiyamı qaldırdı. Hələlik keçən həftə başladığım balaca modulu qurtarmaq istəyirəm. Yeni modulla saytın istiqaməti biraz o tərəfə gedəcək amma neyləmək olar, irəliləmək üçün kömək olacaqsa lap yaxşı.
Yeni modullar öz yerində. Reklamı unutmayaq. Veb saytların kataloqlarını tapıb yolyoldaşını qeydiyyatdan keçirdim. Mənim tapdıqlarım bunlardır. Bəlkə sizə də faydalı olar:
weblist.az - sadə formu doldurursan göndərirsən. Özləri sayt haqqında məlumatı kataloqlarına yerləşdirib mail atırlar. Mənə heç 24 saat tamam olmamış cavab gəldi.
kataloq.net - 2006cı ildən fəaliyyət göstərdiyinə görə arxivi genişdir. Mən də saytımı daxil edəndə yazıldı ki sayt artıq əlavə edilib. Amma axtarışda tapmadım nəsə. Yəqin gözləyənlərin siyahısındadır. Kim əlavə edibsə çox sağ olsun :)
ilk10.az - həm kataloq, həm də sayğacı var. Rahat qeydiyyatdan keçmək olur. Amma sayt nəsə narahat gəldi. Sapsarıdır, adamın gözü ağrayır.
webgallery.az - formu doldurub göndərirsən, özləri qoyacaqlar guya. Neçə gündür səs səmir gəlmədi onlardan.
inet.az - kataloqları da var, reyting üçün sayğacları da. Gizli sayğac qurmaq olmaz.
top.day.az - kataloqları çox da rahat olmasa da sayğaclarını sayta gizli kod kimi qoymaq olur

Thursday, October 13, 2011

YolYoldaşı - Reklam (1)

Reklam qəliz məsələdir. Bunu eşidmişdim, praktikada da şahidi oluram :))
Nəsə hələlik yaxşı gedmir. Yaxşı gedməsi üçün də elə bir şey eləmirəm düzü. Saytın servisi sürücülərə üçün nəzərdə tutulub. Onlar da internetdə çox oturmurlar. Bayıra çıxmaq lazımdır, bu işə pul buraxmaq lazımdır. Biznes mərkəzlərinin dayancaqları, zapravkalar və s. Sonra ictimai nəqliyyat. Amma bu başqa məsələdir. Hələlik elə işlərə sərf eləməyə vaxtım və həvəsim yoxdu. Bacardığım qədər öz kruqumda, mənim istifadə etdiyim servislərdə pulsuz reklam növləri axtarıram. İndiyə kimi 2 cəhd eləmişəm. Disput.Az-da mövzu açmışdım. Əfsuslar olsun linkini verə bilməyəcəm. Siliblər onu :)) Səbəbini də hələ ki deyən yoxdu. Düz əməlli səbəbləri olmasa gözümdən düşəcək deyəsən. Onsuzda 2 daşın arasında vaxt tapıb bir şey eləmək istiyirəm. Ona da az maz hörmət eləsələr yaxşı olar. 2ci cəhd WebOxu-da bloq postu idi. O da sayta istifadəçi cəlbi ilə uğursuz olsa da insanların fikirlərini almaq tərəfində uğurlu oldu. Bir xeylax keçid də gəldi, FBdə share olundu. Görək də planda Press reliz yazıb ora bura göndərməkdir. Ömrümdə 1ci dəfədir ki press reliz yazacam. Özü də saytın açılmasında 3 gün sonra :)) Ağlıma Resurs.Az gəlir. Orda ictimai təşkilat və xeyriyyə yazılıb. Bilmirəm nə dərəcədə uyğundur. Belə baxanda kommersiya ilə məşğul olmuram. Nəqliiyat probleminin həllinə alternativ təklif olaraq ictimai fəaliyyət göstərirəm :)) Qəliz cümlə oldu. Alınsa lap yaxşı, alınmasa da yenə sağ olsunlar. Beləcə ilk press relizimi yazacam. Maraqlı bir şey olsa yeni postlarda bölüşərəm

Sunday, October 9, 2011

YolYoldaşı - Mənim ilk startupım

Əvvəlki postlarda layihə haqqında az maz qeydlər eləmişdim. Bu yazıda səbəbkarın özü haqqında yazacam.
Layihənin adı: YolYoldaşı (YolYoldasi.com)
Əsas məqsədi: sürücü və sərnişinlər arasında vasitəçi olmaq. Bir növ carpool sistemi.
2 qrup istifadəçimiz var, sürücülər və sərnişinlər.

Texniki hissə:
ASP.NET MVC 3 - bu texnologiya ilə yaxından MCTS 515 imtahanına hazırlaşanda tanış olmuşdum. Maraqlı gəldi. Layihədə istifadə edərək praktikamı daha da gücləndirmək qərarına gəldim. Razor view engine ilə kodlamaq daha da ləzzət edir. Prob eləməyə dəyər.
MS SQL 2008 - spatial data istifadə edildiyinə görə ya MSSQL2008+ ya da Postgresql istifadə etməli idim. Elə rahatı SQL Server gəldi.
JQuery - onsuz bir günümüz olmasın :)))
Google Maps v3 API - Olanımız budu. Başqa yaxşı alternativ yox idi.

Dizayn:
ASP MVC templatini təzədən rəngləyəndə belə alındı. Rəngləmək üçün də başqa templatedən faydalanmışdım :) Boynuma alıram dizayn işində o qədər də bacarıqlı deyiləm. Bunu loqo dizaynında əmin oldum. Sağ olsun universitet yoldaşım Əlisəttar, onun creativitisi və zövqü ilə qəşəng loqomuz oldu ;)

SEO və s. optimizasiyaya vaxtım olmadı. Sözün düzü o mövzuda o qədər də çox təcrübəm yoxdu. ToDo listimdə durur. Hələ caching-i də setup eləmək lazımdır. Zato sayt 2 dildə fəaliyyət göstərir. Rus və Azərbaycan. Spellcheck eləməyə vaxt olmadı. Bacardığım qədər usability-yə fikir verməyə çalışmışam.

Əgər bəyənilsə vaxt tapıb layihəni daha da inkişaf etdirərəm. Hələlik bu funksiyalarla başladıq.

10.10.2011 saat 1:10 sayt mini testdən uğurla keçdi. Açıq elan edilir. Təbriklər :)))


Monday, October 3, 2011

Hosta qoya biləcək nəsə eləmək

Çətini başlamaq idi. Hardasa 2 ay bundan əvvəl başladım. İdeya hardasa 1 ildən əvvəl ağlıma gəlmişdi. Düzüb qoşub, layihənin planını yazandan sonra bir iki adama göstərdim nəsə alınmadı. Həvəsdən düşmüşdüm. 2 ay bundan əvvəl başımı qatmağa bir şey axtarırdım. Təsadüfən google docs-ların içində layihənin planını gördüm. Sözün düzü başlamaq asand idi. Qərar verirsən deyirsən ki, bunu edəcəm. Ancaq deyirsən. İşin çox olduğu vaxtda nəsə eləmək çətin gəlirdi. Həvəsdən düşməmək üçün hər gün balaca bir şey də olsa eləməyə çalışırdım. Əslində layihənin əmələ gəlməsində o hər gün balaca bir işin çox faydası oldu. Arada çətinliklər olurdu. O qədər eləməyə iş çıxırdı ki, gəl görəsən. Burda da minor (ikinci dərəcəli) tasklardan, majorları (əsas) ayırmaq kömək etdi. Uzadmadan əsas məqsədin nə olduğu təyin eləmək, qalanlarını ixtisar etmək. Düzdü hamı istəyər ki, yazdığı sistem hər tərəfli olsun. Amma vaxt az idi. İş uzandıqca həvəsdən düşmə riski artırdı. Demək olar ki, layihə hazırdır. İndi bir neçə spellcheck işi, ümumi test qalıb. Sonra yeni mərhələ başlayır. Bilmirəm sonu necə olacaq. Olanlardan bura da yazacam. Baxın, uğurlu olsa siz də faydalanarsız. Uğursuz olsa, yenə faydalanarsız, elə etməzsiz. Mənə də başqalarının təcrübəsi çox kömək oldu. Nəsə öyrənmək öz yerində, həm də məni həvəsləndirdi. Yaxşı olar. Hamıya uğurlar! :)