Monday, October 3, 2011

Hosta qoya biləcək nəsə eləmək

Çətini başlamaq idi. Hardasa 2 ay bundan əvvəl başladım. İdeya hardasa 1 ildən əvvəl ağlıma gəlmişdi. Düzüb qoşub, layihənin planını yazandan sonra bir iki adama göstərdim nəsə alınmadı. Həvəsdən düşmüşdüm. 2 ay bundan əvvəl başımı qatmağa bir şey axtarırdım. Təsadüfən google docs-ların içində layihənin planını gördüm. Sözün düzü başlamaq asand idi. Qərar verirsən deyirsən ki, bunu edəcəm. Ancaq deyirsən. İşin çox olduğu vaxtda nəsə eləmək çətin gəlirdi. Həvəsdən düşməmək üçün hər gün balaca bir şey də olsa eləməyə çalışırdım. Əslində layihənin əmələ gəlməsində o hər gün balaca bir işin çox faydası oldu. Arada çətinliklər olurdu. O qədər eləməyə iş çıxırdı ki, gəl görəsən. Burda da minor (ikinci dərəcəli) tasklardan, majorları (əsas) ayırmaq kömək etdi. Uzadmadan əsas məqsədin nə olduğu təyin eləmək, qalanlarını ixtisar etmək. Düzdü hamı istəyər ki, yazdığı sistem hər tərəfli olsun. Amma vaxt az idi. İş uzandıqca həvəsdən düşmə riski artırdı. Demək olar ki, layihə hazırdır. İndi bir neçə spellcheck işi, ümumi test qalıb. Sonra yeni mərhələ başlayır. Bilmirəm sonu necə olacaq. Olanlardan bura da yazacam. Baxın, uğurlu olsa siz də faydalanarsız. Uğursuz olsa, yenə faydalanarsız, elə etməzsiz. Mənə də başqalarının təcrübəsi çox kömək oldu. Nəsə öyrənmək öz yerində, həm də məni həvəsləndirdi. Yaxşı olar. Hamıya uğurlar! :)

2 comments:

  1. Hələ bilə bilmərik nədir o?
    Şəxsən mən layihənin planına məmnuniyyətlə baxardım.

    ReplyDelete
  2. Az qalıb, 10da buraxıram inşallah. Onda hamısını bir yerə yığıb yazaram.
    Dediyim layihə planı http://goo.gl/OLmME
    Bilmirəm daha nə dərəcə yaxşı plan yaza bilirəm. O vaxt yazmışdım. Amma ordakı çox şeyi eləməmişəm heç :))

    ReplyDelete