Sunday, October 9, 2011

YolYoldaşı - Mənim ilk startupım

Əvvəlki postlarda layihə haqqında az maz qeydlər eləmişdim. Bu yazıda səbəbkarın özü haqqında yazacam.
Layihənin adı: YolYoldaşı (YolYoldasi.com)
Əsas məqsədi: sürücü və sərnişinlər arasında vasitəçi olmaq. Bir növ carpool sistemi.
2 qrup istifadəçimiz var, sürücülər və sərnişinlər.

Texniki hissə:
ASP.NET MVC 3 - bu texnologiya ilə yaxından MCTS 515 imtahanına hazırlaşanda tanış olmuşdum. Maraqlı gəldi. Layihədə istifadə edərək praktikamı daha da gücləndirmək qərarına gəldim. Razor view engine ilə kodlamaq daha da ləzzət edir. Prob eləməyə dəyər.
MS SQL 2008 - spatial data istifadə edildiyinə görə ya MSSQL2008+ ya da Postgresql istifadə etməli idim. Elə rahatı SQL Server gəldi.
JQuery - onsuz bir günümüz olmasın :)))
Google Maps v3 API - Olanımız budu. Başqa yaxşı alternativ yox idi.

Dizayn:
ASP MVC templatini təzədən rəngləyəndə belə alındı. Rəngləmək üçün də başqa templatedən faydalanmışdım :) Boynuma alıram dizayn işində o qədər də bacarıqlı deyiləm. Bunu loqo dizaynında əmin oldum. Sağ olsun universitet yoldaşım Əlisəttar, onun creativitisi və zövqü ilə qəşəng loqomuz oldu ;)

SEO və s. optimizasiyaya vaxtım olmadı. Sözün düzü o mövzuda o qədər də çox təcrübəm yoxdu. ToDo listimdə durur. Hələ caching-i də setup eləmək lazımdır. Zato sayt 2 dildə fəaliyyət göstərir. Rus və Azərbaycan. Spellcheck eləməyə vaxt olmadı. Bacardığım qədər usability-yə fikir verməyə çalışmışam.

Əgər bəyənilsə vaxt tapıb layihəni daha da inkişaf etdirərəm. Hələlik bu funksiyalarla başladıq.

10.10.2011 saat 1:10 sayt mini testdən uğurla keçdi. Açıq elan edilir. Təbriklər :)))


3 comments:

  1. Uğurlar!
    Qeydiyyatdan keçmək istəyəndə anlamadığım bənd oldu. "Əlaqə vasitəsi" üçün məlumat formatı sərbəstdir? Ora "email " yazdım, qəbul etdi.

    ReplyDelete
  2. Bir az istifadə etdim.
    Qəşəngdir! Əladır! Çoxdan istədiyimdir!
    Mütləq bunu yaymaq və bərkitmək lazımdır.
    Tövsiyələrin olması da duz qatır.

    ReplyDelete
  3. @Cəmil, aha əlaqə forması sərbəstdir. Ola bilər ki, kimsə ticari məqsəd üçün istifadə edir, telefonunu demək istəyir. Və ya kimsə elə belə qeydiyyatdan keçir heçnə demək istəmir. Marşrut əlavə edəndə marşrut detalları səhifəsində ora nə yazılıbsa o çıxır. Düz deyirsən, gərək nümunə və s. də verim. Maili də aldım. Thanks :)

    ReplyDelete