Monday, November 21, 2011

Gəlin onları xatırlayaq (Update 1)

Köhnə, uşaqlıqda istifadə etdiyimiz əşyaları, o vaxtlar gəzdiyimiz yerləri görəndə adamda bir doğmalıq hissi oyanır. Psixoloqlar deyirlər ki, bu özünü müdafiə instinktinin bir parçasıdır. Uşaq vaxtı valideynlərimizin yanımızda olanda bilirdik ki, biz nə ac qalarıq, nə susuz, kimsə xətrimizə dəysə, bizi incitsə mama üstünə qışqırar, yerinə otuzdurar. Uzaq başı deyəcək ki, "uşaqdır daa işin olmasın :)" Beləcə, o zamanla asosiasiya olan əşyalar bizə bu hissləri xatırlatdır. O gün məndə də buna bənzər nostalji hislər oyandı. Bazar günü İnfoCity jurnalındakı müsabiqə üçün şəkil çəkəcəkdim. Ağlıma birinci olaraq köhnə notebookum ASUS lamborghini VX1im gəldi. O vaxtlara görə texniki xarakteristikaları yaxşı idi. Amma mənim ən çox xoşuma gələn cəhəti dizaynı idi. Ləzzət edirdi sarı sarı gəzmək :) Ehh hayıf ki tez xarab oldu. Materinkası yanmasaydı bəlkə təmir eləmək olardı. Axtardıqca fotoaparatım CANON-u tapdım. 2006cı ildə universitetə daxil olanda almışdıq. 5mpx olmasına baxmayaraq keyfiyyətli şəkillər çəkirdi. Bir dəfə tanışlarımdan biri otaq yoldaşımızın məzuniyyət tədbirində səhnəni çəkmək istiyirdi. Həə zoom edirdi amma şəkil pis çıxırdı, smazannıy olurdu. O an mən də Canon-umu çıxartdım. Optik zoomla maximum götürdükdən sonra biraz digital əlavə elədim və çak. Kadrı yaxşı tutmuşdu. Özümə fan page yaradıb photographer Nargiz Gasimova olmaq fikrim yoxdu :) Sadəcə fotoapararatım keyfiyyətli idi. Ehh idi. Sonra çak çak-ların birində obyektiv açılı halda yerə düşdü. Elə düşdü ki, obyektiv əyildi :( Sonra güc bəla ilə yerinə salsam da nəyisə korlanmışdı. Şəkillərdə şum var idi. Yəqin yerə düşəndə beyin sirkələnməsi keçirib. Olan şeydir. Hamının başına gəlir. Uzun sözün qısası, mən də o gün bu qadcetlərimi yığıb şəkil çəkdim. Deyilənlərə görə şəkil maraqlı alınıb. Həm facebook, həm də burda qoyulub. Bəyənsəniz səs vermək yaddan çıxmasın. Bəlkə mənə də hədiyyə olaraq təzə Canon fotoaparatı verdilər. Vaxtı ilə mənə dost olan, hal hazırda isə işləməyən qadcetlərim mənə dəstək olarlar :)

UPDATE 1: Təbrik edə bilərsiniz, İnfocity jurnalının saytında keçirilən səsvermədə 3cü yerə layiq görülüb, PowerShot A800 qazandım. Səs verən hər kəsə təşəkkürlər :))))