Wednesday, June 24, 2015

Qayıdış

Bəli, 3 ildən sonra qayıtdım! O gün google analytics-ə sayt əlavə eləmək istəyəndə gözümə blogum dəydi. Ağlıma gələn ilk fikir "nə ağılla mən bloq yazırdım?". Məqsədi yadıma saldıqdan sonraki fikir isə "nə ağılla yazmağı dayandırdım?" oldu. Burda isə heç bir məqsəd yox idi. Kiçik cəhdlərdə uğursuzluqdan yorulmaq, axtarışda olmaq, bəlkə mənlik deyil kimi fikirlər idi. Fikirləri qovub köhnə dalğaya yeni texnologiya ilə köklənməyin vaxtıdır. Geriyə baxdıqda bu 3 ildə çox şey dəyişib. Yaxşı proqramçı olmaq uğrunda mubarizə, oxuduğum kitablar, əldə etdiyim sertifikatlar, İngiltərədə staja başlamaq, ardından iş təklifi almaq, işdə yaxşı proqramçı olduğunu isbatlamaq və sonra anlamaq ki, bunlar hamısı sən istədiyin bir şey olsa da səni qane etmir. Köhnə dalğa, toDoSmtUseful-a qayıtmaq lazımdır. Vaxt aparan amma faydası olmayan fəaliyyətlər və insanlar arasında sərhədlər çəkdikdən sonra bu asan olacaq məncə. Çətini ilk atdım atmaqdır.

2 comments:

  1. Məncə məsələ uğursuzluqlardan zövq almaqdır. Onu bacarırsansa, sən bu işin adamisan, sən uğurlu və happy sən :)
    Uğursuzluqdan zövq almagi özünə aşılamaq bir xeyli prosedurdur.
    Go ahead lady, you are going well! Love you.

    ReplyDelete
    Replies
    1. Əlbəttə uğursuzluqlar da çox olub... Öyrəşirik :D Gedirik, yavaş yavaş irəlləyirik :) Thanks for support!

      Delete