P.S. Bu bəlkə mənim bloqum oldu. Elə belə yazıram daa, görək axırı necə olacaq :))
Wednesday, September 21, 2011
Bizi əyləndirən Facebookumuz
Nəsə Facebookdan xoşum gəlməməyə başladı. Bugünkü yeniliklərindən sonra xüsusilə. Blokun ağzında oturub, gedib gələnlərə baxıb, hamıya hesabat verən xalalara oxşayır. Özü də hesabatı şou biznesimizin maqazin proqramları kimi effeknıy edir eee. Filankəs milankəsə nəsə yazdı. Ardı burda mənnəm nə. Heç xoşum gəlmədi. Məncə veb layihə sadə olmalıdır. Çoxlu məlumatın içindən istifadəçiyə faydalı olanı təqdim etməlidir. Bəli, faydalı məlumatı, maraqlı yox. Facebook isə maraqlı xəbər dalınca qaçır. Maraqlı xəbərlər də daha çox əyləncə tərzində olur. Əyləncə də lazımdır. Amma bu qədər yox daa. Facebook sənin getdiyin yoldan heç xoşum gəlmədi. Bir istifadəçi kimi öz fikrimi bildirmək istədim. Özün bilərsən neynirsən :)))
Subscribe to:
Posts (Atom)