Monday, March 12, 2012

Bir az motivasiya...

Çoxdandır gözə görünən heç nə eləmirəm. Arada vDriver layihəsi ilə uğursuz Hackathon yarışı, yeni ideya, köhnə ideyaya yeni əlavələr ağlıma gəlir. Onlarla bağlı nəsə edirəm və fikirləşirəm ki, görəsən düz yoldayam? Bunlar hamısı boş söhbətdir? Nə olsun, o qədər developer var, o qədər kod yazılır, o qədər layihə edilir. Onların çoxu uğursuzluğa gedir. Kim zəmanət verə bilər ki, mən də uğursuzluğa gedmirəm? Əslində uğursuzluq da bir növ təcrübədir. Amma 1-2 təcrübə üçün uğursuzluq oldu bəsdir dəə. Dalbadal o qədər uğursuzluq təcrübəsi lazım deyil :) Mən ağıllı uşağam, sözü yarıdan başa düşürəm, bəsdir :) Son 2 gündə Netdə gəzə gəzə bir iki maraqlı şey qarşıma çıxdı, mənə motivasiyamı qaldırdı, davam etməyə həvəs əmələ gəldi. Bunların 1cisi bu yazı oldu.
Prikolnıy yazıdır ;) Bazar günü səhər yuxudan duranda nə edim fikirləşirdim. Bunu oxudum. Dedim I got it! Visual Studionu açım işimi davam edim :)

İkincisi bu TED Talk oldu. Kiməsə Apple-ın reklamı kimi gələ bilər. Amma mənə nəsə yaxın gəldi danışığı. Bütün bu layihələri nəyə görə edirəm? Bu suala cavab tapmağa kömək oldu. Əslində bu bloqu oxuyursunuzsa cavab bloqun adındadır ;) ToDoSmtUseful. Universitetin 4cü kursunda olanda bir çox şirkəti incələyirdim. Həm maraqlı idi, həm də oxuyurdum daa. Ən sevimli kitabım Googleçular haqqında idi. Altavista, Yahoo olduğu dövrdə bazarda ayaqda durmaqları və s. Onların sloqanı xoşuma gəlmişdi Don't be evil. Onda mən də fikirləşdim, özümə It is time to do something useful sloqanını götürdüm :) Simon Sinek-in danışığına qulaq asanda mən bilirdim ki, bu layihələri niyə görə edirəm. Məndə o Why? sualına cavab var idi və hər şey o nəyə görə etməkdən başlayırdı. Çünki mən də nəsə faydalı bir şey eləmək istəyirəm :) Qulaq asıb ürəyim rahatladı. Artıq rahat işləyə bilərəm ;) Danışıqda başqa maraqlı məqamlar var. Hər kəsə qulaq asmağı məsləhət görürəm!