Wednesday, December 16, 2015

Shortcut - Arzulara gedən qısayol

Hər birimizin müxtəlif arzuları var və bir çoxumuz bu arzuların reallaşmasını istəyərik. Bəli istəyərik amma bəzən onların reallaşması üçün elə də can fəşanlıq eləmirik. O gün dostum Fərahimlə arzulardan məqsədlərdən danışdıq. Üzərində işlədiyimiz İwanna layihəsi insanlara öz istəklərini reallaşdırmaqda nə dərəcə kömək ola bilər və s. kimi söhbətlər. Layihəni qoyaq bir kənara realdan danışaq. Belə bir vəziyyət düşünün. İşdən çıxıb evə getməyə hazırlaşırsınız. Evdə nəsə yemək yeyəcəyəm amma ürəyinizdən yaxşı pizza keçir. Bu kiçik pizza istəyi nə qədər güclü olsa da "tək restorana gedən kimdir", "bu gün yorğunam, başqa vaxta qalsın", "Aykaya desəm deyəcək ki, qalsın həftəsonuna" kimi bəhanələr sizi rahat buraxmayacaq. Bu dialoqlardan sonra o axşam pizza yemək ehtimalınız 10-15%dir. Vəziyyəti biraz dəyişək, tutaq ki, üzüyola adamsınız və həftəsonuna kimi gözləyib Ayka ilə pizza yeməyə gedəcəksiz və ya bu indiyə kimi sizi xəttə saxlayan başqa dostunuz da ola bilər :) (Burda Aykaya salamlar, xətrinə dəyməsin, zərafat edirəm :*)  Həftəsonu ehtimal artıb 70-80% olsa da bir növ sınmış kimi olursunuz. Elə bil sadə arzular da olsa hər şeyi istəyə bilməzsiz. Hər şeyin öz vaxtı var, gərək oturub kimisə gözləyəsiniz. Gözləyəndə də artıq o dad qalmır. Bəlkə Aykaya yazacaqsız ki, "Ay qız unut o dediyimi, həftəsonu başım qarışıqdır, pizza qalsın başqa vaxta və s" .Bütün bu olanların fonunda əminəm ki, sizin dost çevrənizdə o gün işdən sonra pizza yeməyin çox gözəl fikir olduğunu düşünən var. Ona görə ağlımıza gələn gözəl fikirləri paylaşmağa yatqın olmalıyıq. Əgər mən girib Iwanna-da yazsaydım ki, "İwanna pizza" və nəticədə kimsə mənə təklif eləsəydi ki, gedək pizza yeməyə artıq yox demə ehtimalım çox az olacaqdı. Beləcə kiçik arzularımızı reallaşdıra bilərik. Bu çox kiçikdir amma hər şey belə kiçik şeylərdən başlayır. Kiçik arzulardakı uğursuzluqlar özümüzə olan güvənimizi azaldır və sönməyə doğru gedirik. Bir çox psixologiyaya aid kitablarda deyilir ki, arzularınızı kağıza yazın, zamanla onları gözdən keçirib oxuyun və s. Amma mən belə deyərdim, arzularınızı Iwanna-ya yazın və yaxın ətrafınız onlardan xəbərdar olub reallaşmağa kömək etsin. Bu italyan dilini öyrənmək, karaokeyə getmək, səyahətə çıxmaq, ev tapşırığını eləməkdə yardımçı kimi müxtəlif hallar ola bilər. Qısacası o gün Fərahimlə söhbətimiz bu mövzu ətrafında oldu və belə qərara gəldik ki, İwannaI-ya davam etmək lazımdır. Iwanna insanların öz arzularını daha açıq şəkildə paylaşmaq vərdişi yarada bilər. Vərdiş dedikdə bu gözəl sözləri xatırladım: