Wednesday, October 19, 2011

Veb sayt kataloqları

Ehh reklam, reklam. Sən nə yamansan ay reklam, layihəni uçuruma aparansan ay reklam :)))
Reklama ayırmağa vaxtın olmasa da layihə ilə bağlı bir iki yenilik planlayıram. O dəfə işdəki layihəmizin proyekt menecerilə danışanda o da YolYoldaşı üçün qəşəng təkliflər dedi, motivasiyamı qaldırdı. Hələlik keçən həftə başladığım balaca modulu qurtarmaq istəyirəm. Yeni modulla saytın istiqaməti biraz o tərəfə gedəcək amma neyləmək olar, irəliləmək üçün kömək olacaqsa lap yaxşı.
Yeni modullar öz yerində. Reklamı unutmayaq. Veb saytların kataloqlarını tapıb yolyoldaşını qeydiyyatdan keçirdim. Mənim tapdıqlarım bunlardır. Bəlkə sizə də faydalı olar:
weblist.az - sadə formu doldurursan göndərirsən. Özləri sayt haqqında məlumatı kataloqlarına yerləşdirib mail atırlar. Mənə heç 24 saat tamam olmamış cavab gəldi.
kataloq.net - 2006cı ildən fəaliyyət göstərdiyinə görə arxivi genişdir. Mən də saytımı daxil edəndə yazıldı ki sayt artıq əlavə edilib. Amma axtarışda tapmadım nəsə. Yəqin gözləyənlərin siyahısındadır. Kim əlavə edibsə çox sağ olsun :)
ilk10.az - həm kataloq, həm də sayğacı var. Rahat qeydiyyatdan keçmək olur. Amma sayt nəsə narahat gəldi. Sapsarıdır, adamın gözü ağrayır.
webgallery.az - formu doldurub göndərirsən, özləri qoyacaqlar guya. Neçə gündür səs səmir gəlmədi onlardan.
inet.az - kataloqları da var, reyting üçün sayğacları da. Gizli sayğac qurmaq olmaz.
top.day.az - kataloqları çox da rahat olmasa da sayğaclarını sayta gizli kod kimi qoymaq olur

No comments:

Post a Comment